Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 11 oktyabr 2022-ci il tarixində, Ermənistanın dinc əhaliyə qarşı terror əməlləri nəticəsində raket düşən ərazidə "Qələbə parkı” yaxınlığında gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ziyarət təşkil edilib.
AZXEBER.COM xəbər verir ki, şəhər ictimaiyyəti, rəsmi şəxslər, idarə və müəssisə əməkdaşları və gənclər baş vermiş terror hadisəsi zamanı yaranmış dağıntılara baş çəkiblər. Burada dünyasını dəyişən insanların ruhuna hörmət əlaməti olaraq gül dəstələri düzüldü, ruhlarına dualar oxundu. Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov gənclərə Gəncə terrorunun baş vermə səbəbləri, itkilər haqqında və ümumillikdə müharibə qaydalarına zidd olan hərəkətlər barədə ətraflı məlumat verib.
Həmçinin Ermənistanın mülki insanlara hücumu Azərbaycan daxilində çaxnaşma yaratmaq məqsədi güddüyünü, müharibədə Ermənistan taktiki üstünlüyü itirdiyini qəbul etmədiyinə görə hərbi cinayətlərə əl atmasını və bunlara cavab olaraq xalqımızın bir bütöv kimi birləşməsi, döyüş meydanında uğurlarımızı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm hərbi, həm də siyasi arenada müdrikliyi sayəsində düşmənə layiqli cavab olduğunu vurğulayıb.
![](https://azxeber.com/file/pic/xeber/2022-10/1665571789_fb_img_1665570268392.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2022-10/1665571745_fb_img_1665570277479.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2022-10/1665571754_fb_img_1665570272182.jpg)