Gəncədə terrorun qurbanları yad edildi - FOTOLAR

Gəncədə terrorun qurbanları yad edildi - FOTOLAR
GƏNCLİK
14:49 12.10.2022
2339
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 11 oktyabr 2022-ci il tarixində, Ermənistanın dinc əhaliyə qarşı  terror əməlləri nəticəsində raket düşən ərazidə "Qələbə parkı” yaxınlığında gənclərin maarifləndirilməsi və  vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ziyarət təşkil edilib. 

AZXEBER.COM xəbər verir ki, şəhər ictimaiyyəti, rəsmi şəxslər, idarə və müəssisə əməkdaşları və gənclər  baş vermiş terror hadisəsi zamanı yaranmış dağıntılara baş çəkiblər. Burada dünyasını dəyişən insanların ruhuna hörmət əlaməti olaraq gül dəstələri düzüldü, ruhlarına dualar oxundu. Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov gənclərə Gəncə terrorunun baş vermə səbəbləri, itkilər haqqında  və ümumillikdə  müharibə qaydalarına zidd olan hərəkətlər barədə ətraflı məlumat verib.
 
Həmçinin Ermənistanın mülki insanlara hücumu Azərbaycan daxilində çaxnaşma yaratmaq məqsədi güddüyünü, müharibədə Ermənistan taktiki üstünlüyü itirdiyini qəbul etmədiyinə görə hərbi cinayətlərə əl atmasını və bunlara cavab olaraq xalqımızın bir bütöv kimi birləşməsi, döyüş meydanında uğurlarımızı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm hərbi, həm də siyasi arenada müdrikliyi sayəsində düşmənə layiqli cavab olduğunu vurğulayıb.



OXŞAR XƏBƏRLƏR