"Gəncədə xaricdən idarə olunan azsaylı radikal dini qrup var" - Prezident Administrasiyasının şöbə müdiri

"Gəncədə xaricdən idarə olunan azsaylı radikal dini qrup var" - Prezident Administrasiyasının şöbə müdiri
SİYASƏT
10:56 15.07.2018
7336
"Xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır" "Hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər".
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bunu "Xalq" qəzetində işıq üzü görən "Azərbaycanın multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır" başlıqlı məqaləsində yazıb.
 
E. Nəcəfov yazıb ki, təəssüf ki, Gəncədə ölkədəki mövcud etiqad azadlığından sui-istifadə edən, xaricdən idarə olunan azsaylı radikal dini qrup da var ki, bəzi din xadimlərini qəbul etmir, məscidlərə gəlmir, mötədil dindarlarla eyni səfdə ibadət etmək istəmir: "Həmin qrupun mənsubları şəhərdə müxtəlif vaxtlarda təxribatlar törədərək, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Araşdırmalar göstərir ki, xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda dünyəvi sistemi dəyişərək, şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır. İğtişaşlar törətmək, cəmiyyəti xaos və hərc-mərcliyə sürükləmək, dövlət orqanlarının nümayəndələrinə qarşı zorakılıq tətbiq etmək onların əsas mübarizə metodlarındandır. Buna misal olaraq, həmin qrupun üzvləri tərəfindən Gəncədə 2011-2012-ci illərdə qanunsuz küçə yürüşləri təşkil etmək yolu ilə ictimai asayişi pozmaları, 2015-ci ildə Aşura mərasimi zamanı hüquq-mühafizə orqanlarına hücum çəkmələri və analoji hadisənin ötən il Tasua axşamı İmamzadə ziyarətgahında təkrarlanması göstərilə bilər. Əslində, bu radikal qrupun fəaliyyəti 2015-cı ilin noyabrında Nardaranda terror hadisəsi törədən qeyri-qanuni Müsəlman Birliyi Hərəkatının fəaliyyəti fonunda dəyərləndirilməlidir. Məlumatlara görə, həmin terror hadisəsi ilə əlaqədar Gəncə şəhərində 11 nəfər barədə cinayət işi qaldırılıb, onlardan beş nəfəri həbs olunub. Bununla yanaşı, Gəncədəki sözügedən ekstremist dini qrupun üzvləri arasında Müsəlman Birliyi Hərəkatının ifrat ideyalarına bağlılıq və liderlərinə rəğbət hissi 2018-ci il iyulun 3-də Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsddə də özünü göstərdi. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında göstərildiyi kimi, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün Müsəlman Birliyi Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb və onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib".
 
Prezidenti Administrasiyasının şöbə müdiri qeyd edib ki, terror öz tələblərinə nail olmaq məqsədilə qarşı tərəfdə qorxu hissinin yayılmasına yönələn və məqsədyönlü şəkildə həyata keçirilən zorakılıq aktıdır: "Lakin Azərbaycanda xaos və hərc-mərcliyin yaranmasında maraqlı olan xaricdəki və daxildəki qüvvələr Yunis Səfərovun dövlət nümayəndəsinə qarşı törətdiyi terror əməlini tam başqa ampluada təqdim edərək, buna qəhrəmanlıq donu geyindirib öz təxribatçı planlarını həyata keçirmək üçün bir fürsət bildilər. Həmin qüvvələr geniş xalq kütlələrini Azərbaycan hakimiyyətinə qarşı qaldırmaq məqsədilə sosial şəbəkələrdə bu cinayət əməlinə "Yunis hərəkatı”, "Yunis müqaviməti” adları qoydular. Diqqətçəkən məqam ondan ibarətdir ki, xaricdə siyasi sığınacaq almış, özlərini Avropa dəyərlərinin müdafiəçiləri və liberal düşərgənin təmsilçiləri kimi təqdim edən bəzi qruplar, habelə erməni və digər dövlətlərin xüsusi xidmət orqanları ilə işbirliyi quran separatçı dairələr Gəncədəki hadisədən öz maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Onlar bəyan etdikləri demokratik prinsiplərə xilaf çıxaraq, radikal dini baxışlarına görə cinayət törətmiş Y.Səfərovun, guya pozulmuş hüquqları uğrunda dəstək kampaniyasına start verib, əhalini hakimiyyətə qarşı qaldırmağa çalışdılar. Azərbaycan xalqına öz mənfur separatçı əməlləri ilə yaxşı məlum olan Ələkrəm Hümbətovun Hollandiyada Yunis Səfərovun İctimai Müdafiə Komitəsini yaratması, Ermənistandan yayımlanan separatçı verilişlərin müəllifi Zabil Məhərrəmovun, yaxud özünü Kanada Radikal Hərəkatının rəhbəri kimi təqdim edən Sahib Teymurovun provokasiya mahiyyətli videomüraciətləri bunun əyani sübutudur. Sadalanan faktlar bir daha Qərbdə özlərini "siyasi mühacir” kimi qələmə verənlərin iç üzünü göstərdi. Onlar "məqsədə çatmaq üçün hər vasitə məqbuldur” prinsipi ilə hərəkət edərək, Azərbaycan hakimiyyətinin devrilməsi naminə terrorçu ünsürlərlə belə işbirliyi qurmağa hazırdırlar. Vətəndaşlarımız dövlətimizin sütunlarının yıxılmasına yönələn bütün bu səylərin əsl mahiyyətini siyasi müdrikliklə sezərək, birmənalı şəkildə təxribatçı çağırışları rədd etdilər. Əsl vətəndaşlıq mövqeyi sərgiləyən Gəncə sakinləri polis zabitlərindən birinin qətlində şübhəli bilinən Fərrux Xəqani oğlu Qasımovun tutularaq istintaqa təhvil verilməsində yaxından kömək göstərdilər. Digər qatil isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən məhv edildi".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
17:55 14.10.2026
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO