Oktyabrın 3-də saat 18:00 radələrində bir qadın və bir kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müvafiq şöbədə müalicəsi davam etdirilir. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
///apa.az///











































