Gəncədə yas mərasimində zəhərlənənlərin son vəziyyəti
SOSİAL
21:49 14.07.2026
130
Gəncədə keçirilən yas mərasimində zəhərlənmə şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən AZXEBER.COM-a bildirilib ki, hadisə ilə əlaqədar 14 iyul 2026-cı il tarixində saat 17:50 radələrindən etibarən 2-si azyaşlı olmaqla 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Məlumata görə, zərərçəkənlər arasında 1 kişi, 2 qadın, 1 azyaşlı oğlan və 1 azyaşlı qız var.
Zəhərlənmə şübhəsi ilə hospitalizasiya edilən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir.
TƏBİB-dən bildirilib ki, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.