Gəncədə yeni istirahət məkanı açıldı

Gəncədə yeni istirahət məkanı açıldı
Bütün Xəbərlər
16:17 29.05.2013
1955

28 may “Respublika Günü” münasibətilə Gəncə şəhərində “Park Kafe” adlı ailəvi istirahət mərkəzi istifadəyə verilib.

AZXEBER.COM-un məlumatına görə, yeni iaşə obyekti dizayn baxımından da fərqli görkəmə malikdir. Yeni fəaliyyətə başlayan “Park kafe”də müştərilərə yüngül qəlyanaltılar, milli xörəklərimiz və xarici ölkələrin mətbəxlərindən müxtəlif təamlar təqdim olunacaq.Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib. Kafedə yaradılan şəraitlə tanış olan Elmar Vəliyev gələcəkdə Gəncə şəhərində bu cür ailəvi istirahət mərkəzlərinin sayının çoxluq təşkil edəcəyini bildirib. Obyektlə tanışlıqdan sonra şəhər rəhbəri və qonaqlar çay süfrəsi arxasında əyləşib.

Səhər saat 9-dan gecə saat 1-ə kimi fəaliyyət göstərəcək məkanda qiymətlər də münasibdir. Burada hər bir ailə öz büdcəsinə uyğun istirahət edə bilər.

OXŞAR XƏBƏRLƏR