Avqustun 27-dən Gəncə-Bakı aviareysi üzrə uçuşlar gündəlik həyata keçiriləcək
Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumata görə, artıq xeyli vaxtdır təyyarə ilə Bakıya və əks istiqamətə gedib-gələnlərin sayında yüksək artım müşahidə olunduğundan uçuşların gündəlik həyata keçirilməsinə qərar verilib. Qeyd edək ki, hazırda həmin reysdə uçuşlar həftədə 2 dəfə həyata keçirilir.