Gəncənin mərkəzindəki həyət evləri söküləcək

Gəncənin mərkəzindəki həyət evləri söküləcək
Bütün Xəbərlər
14:39 12.02.2014
1050
Gəncənin Baş Planına əsasən, şəhərin mərkəzindəki bəzi yaşayış evləri söküləcək.

APA-nın qərb bürosunun məlumatına görə, bu barədə məlumatı Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib.

E. Vəliyev deyib ki, “Gəncə Bazar” ASC-nin ətrafında olan həyət evləri söküləcək, onların yerində çoxmərtəbəli binalar inşa ediləcək.

“Gəncənin Baş Planı var. Şəhərin mərkəzindəki bazar şəhərin başqa yerinə köçürüləcək. Artıq yeni bazarda tikinti işləri sürətlənib. Köhnə bazarın ətrafındakı həyət evləri isə ləğv ediləcək. Sözsüz ki, orada yaşayan sakinlərə başqa yerlərdə ev verilmək şərti ilə...” -deyə E. Vəliyev bildirib.

OXŞAR XƏBƏRLƏR