Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

SOSİAL
19:01 03.04.2020
401

"İslahatçı Gənclər” İctimai Birliyi "Padişah” MMC-nin dəstəyi ilə 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib.

Bununla bağlı sosial şəbəkədəki hesabında yazan "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Azərbaycan dövləti və onun müvafiq strukturları dünyanı cənginə alan koronavirus pandemiyası və onun mənfi təsirləri ilə mübarizədə əsl örnək davranış nümayiş etdirir:

"Qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin görülməsi, həssas sosial qruplardan olan insanlara yardımların edilməsi bunun əyani nümunəsidir. Biz də gənclər olaraq xeyirxah iş adamlarımızla birlikdə ölkə rəhbərliyinin həmrəylik çağırışına kiçik də olsa töhfə vermək üçün xüsusi karantin rejimin tələblərinə görə evdən çıxa bilməyən bir qrup yaşlı vətəndaşlarımızı və digər ehtiyacı olan ailələri zəruri qida məhsulları ilə təmin etməyə çalışdıq. Bu işdə bizim çağırışımıza dəstək verdiyi üçün "Padişah” MMC-yə və digər dəyərli dostlara təşəkkür edirəm”.

İş adamı Saleh Ağayev bildirib ki, bütün dünyada ciddi insan itkilərinə və iqtisadi problemlərə səbəb olan koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dövləti uğurlu və məqsədyönlü siyasət həyata keçirir: "Bu dövr ərzində vətəndaşlarımızın sağlamlıqlarının qorunması, eyni zamanda onların sosial problemlərinin həlli üçün dövlətimiz ciddi addımlar atır. Biz də iş adamları olaraq düşündük ki, bu prosesə az da olsa töhfə verək. Hesab edirəm ki, bütün iş adamları və xeyirxah insanlar bu həssas dönəmdə dövlətin və xalqın yanında olmalıdır”.







OXŞAR XƏBƏRLƏR