Gənclər Almaniya səfirliyinin rəsmiləri ilə görüşüdülər

GƏNCLİK
17:48 27.11.2012
1300

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin əməkdaşları Polad Muradlı və Rəna Məmmədli Almaniyanın ölkəmizdəki səfirliyində səfir müavini Volfqanq Moessinger başda olmaqla səfirlik rəsmiləri ilə görüşüblər.AZXEBER.COM-un çəlumatına görə, V.Moessinger görüş iştirakçılarına səfir Herbert Kvellenin salamlarını çatdırıb.ATGTİ ilə Almaniya səfirliyi arasında əlaqələrin genişləndirilməsini müzakirə edən tərəflər təcrübə mübadiləsinin və bu kimi görüşlərin davamlılığının vacibliyini vurğulayıblar.Bundan əlavə V.Moessinger qeyd edib ki, Azərbaycanın tələbə-gəncləri ilə əlaqələrin genişləndirilməsində onların alman dilini öyrənməyə olan maraqlarının artması vacib məqamdır.O bildirib ki, bu gün Azərbaycan Turizm İnstitutu nəzdində Almaniya Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi isə gəncləri Almaniya ilə yaxından tanış etməkdir.Danışıqlar nəticəsində tərəflər yaxın gələcəkdə iki ölkənin təhsil, mədəniyyət və incəsənət sahələrini əhatə edəcək tədbirin keçirilməsi üzrə ilkin razılığa gəliblər.

OXŞAR XƏBƏRLƏR