Gənclər arasında ekoloji turizm bələdçilərinin formalaşdırılması layihəsinə yekun vuruldu

GƏNCLİK
13:50 18.01.2018
992
Gənclər arasında ekoloji turizm bələdçilərinin formalaşdırılması layihəsinə yekun vuruldu
 
İdeal Gələcək Gənclər İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi” Gənclər arasında ekoloji turizm bələdçilərinin formalaşdırılması "layihəsinə yekun vuruldu. Layihə gənclərin ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, turizmin ekologiyaya təsiri və həlli yolları üzrə biliklərin artırılması məqsədini daşıyır.

Keçirilən təlimlər zamanı Azərbaycanın malik olduğu zəngin ekoloji potensialı, təbiət və cəmiyyətin optimal qarşılıqlı əlaqəsi, ətraf mühitin qorunmasında mənəvi məsuliyyətin artırılması, fəaliyyətinin bütün növlərində təbiətə daimi qayğının göstərilməsi, ekoloji bilik, münasibət və inanclar sistemi, həmçinin ekologiyanın sosial, tibbi, texniki tərəfləri, turizm marşrutlarında ekoloji təhlükəsizliyin nəzərə alınması kimi mövzular müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR