Gənclər arasında ekoloji turizm bələdçilərinin formalaşdırılması layihəsinə yekun vuruldu
İdeal Gələcək Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi” Gənclər arasında ekoloji turizm bələdçilərinin formalaşdırılması "layihəsinə yekun vuruldu. Layihə gənclərin ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, turizmin ekologiyaya təsiri və həlli yolları üzrə biliklərin artırılması məqsədini daşıyır.
Keçirilən təlimlər zamanı Azərbaycanın malik olduğu zəngin ekoloji potensialı, təbiət və cəmiyyətin optimal qarşılıqlı əlaqəsi, ətraf mühitin qorunmasında mənəvi məsuliyyətin artırılması, fəaliyyətinin bütün növlərində təbiətə daimi qayğının göstərilməsi, ekoloji bilik, münasibət və inanclar sistemi, həmçinin ekologiyanın sosial, tibbi, texniki tərəfləri, turizm marşrutlarında ekoloji təhlükəsizliyin nəzərə alınması kimi mövzular müzakirə olunub.