Müxtəlif siyasi təşkilatlarda birləşən fəal gənclərin bu gün saat 15-də Bibiheybət qəsəbəsindəki sürücülük məkətbinin müydanmasına təyin etdikləri aksiyanın birinci - yürüş hissəsi artıq başlayıb.
AZXEBER.COM-un "Yeni Musavat"a istinadən verdiyi xəbərə göər, əlverişsiz hava şəraitinə baxmayaraq, yüzlərlə gənc aksiyanın keçiriləcəyi məkana doğru irəliləyiblər.
Əməkdaşlarımızın verdiyi xəbərə görə, mitinqdə yalnız gənclər deyil, yaşlı insanlar da iştirak edir. Bayıl qəsəbəsinin sakinləri də aksiyaya qoşulub. Hətta bayraqdar Elman Türkoğlu da öz bayraq dəsti ilə aksiyaya meydanına gəlib və mitinq iştirakçıları tərəfindən coşqu ilə qarşılanıb.