"Gənclər davamlı inkişaf üçün" düşərgəsi başa çatıb - FOTOLAR

GƏNCLİK
12:50 23.08.2024
1789
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Qusar rayonunda gənclərin fərdi inkişafına yönəlmiş "Gənclər davamlı inkişaf üçün” düşərgəsi başa çatıb.

AZXEBER.COM xəbər verir ki, 30-dan çox regiondan 100-ə yaxın gəncin iştirak etdiyi, 5 gün boyunca davam edən layihənin əsas məqsədi gənclərin inkişafına dəstək olmaqla onların ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə fəaliyyətlərin təşkili, aktiv vətəndaşlığın təbliği, gənclərin qərar qəbulu prosesində rolunun artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqdan ibarət olub.

Düşərgə müddətində "Layihələrin yazılması və idarəolunması”, "Təqdimat bacarıqları”, "Qeyri-formal təhsil metodları” və digər mövzular olmaqla müxtəlif istiqamətlərdə təlim sessiyaları keçirilib. Bundan əlavə, proqram gənc iqlim elçilərinin iştirakı ilə "Regional iqlim həftələri' çərçivəsində  "Dayanıqlı İnkişaf Məqsədləri və onun tətbiq sahələri” ilə bağlı sessiyaları da əhatə edib. Həmçinin, iştirakçıların intellektual yarış turniri, müxtəlif komanda oyunları, və qrup işləri baş tutub, gənclər öz bilik və bacarıqlarını qeyri-formal təhsil metodları vasitəsilə təkmilləşdiriblər.

Layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Qeyd etmək lazımdır ki, daha öncə "Gənclər davamlı inkişaf üçün" proqramının ilk mərhələsi Tovuz, ikinci mərhələsi Yardımlı rayonlarında təşkil olunub. 
 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər