Gənclər 'Eurovision' üçün birləşdi

GƏNCLİK
01:54 08.05.2012
1902

Bu gün “İslahatçı Gənclər” İctimai Birliyinin təşəbbüsü ilə Bakıda keçiriləcək “Evrovison-2012” Beynəlxalq Musiqi Müsabiqəsinə dəstək tədbiri keçirilib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə müsabiqənin ölkəmiz üçün əhəmiyyətindən söhbət açılıb. Gənclər, Azərbaycanın bu yarışmada qalib olmasının, musiqimizin dünya mədəniyyətinin ayrılmaz və mühüm tərkib hissəsi olduğuna və ölkəmizin dünyada artan nüfuzuna işarə olduğunu bildiriblər. "İslahatçı Gənclər"  İctimai Birliyinin sədri Fərid Şahbazlı  bu müsabiqənin ölkəmiz üçün əhəmiyyətindən söhbət açıb. Daha sonra birliyin mədəniyyət işləri üzrə katibi, gənc müğənni Aynişan Quliyeva çıxış edib. O da öz növbəsində "Eurovision"un ölkəmiz üçün əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə AZXEBER.COM informasiya portalının redaktoru Hacıbəy Heydərli, Demokratik Maarifçilik partiyasının sədri Elşən Musayev, əməkdar artist Tahir İmanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, Dünya Gənclər Bankı Şəbəkəsinin Türkiyə, İran və MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli, "İrəli" İctimai Birliyinin nümayəndəsi Nigar Quliyeva, gənc müğənnilər Elyanə Əhmədova və Adil Baxışlı çıxış edib. 

Sonda Azərbaycan gəncliyinin mövqeyini ifadə edən bəyanatın Avropa yayımları Birliyi, “Evrovison-2012”nin Təşkilat Komitəsi və bir sıra beynəlxalq təşkilat və media qurumlarına göndərilməsi haqqında qərar qəbul olunub.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR