Gənclər Fəaliyyətinə Dəstək Mərkəzində vakansiya elan olundu

GƏNCLİK
21:34 20.10.2011
5344
Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi (GFDM) könüllü işçilər üçün vakansiya elan edir. Mərkəzin əsas məqsədi 14-29 yaş arasında olan gənclərin təşəbbüslərini həyata keçirməklə onlara dəstək olmaqdır. GDFM Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə YUVA Humanitar Mərkəzi tərəfindən yaradılıb. GDFM gənclər arasında açıq ünsiyyət və fikir mübadiləsi, birgə işdə əməkdaşlıq kimi ideyaları öndə tutaraq, gənclərin daha da inkişaf etməsinə nail olmağı prioritet hesab edir. Mərkəz gənclərin təşəbbüslərinin həyata keçirilməsini daha sürətləndirmək məqsədilə, müxtəlif sahələrdə (məs., layihənin idarə edilməsi, layihənin maliyyəsinə müraciət edilməsi və maliyyənin idarə edilməsi və s.) interaktiv təlimlər keçirir. Bu layihələrin əsas üstünlüklərindən biri də onların məhz gənclərin özləri tərəfindən idarə olunmasıdır. Bu məqdəslə GDFM aşağıdakı vakansiyalar üçün könüllü işləmək istəyən fəal gənclər axtarır: - Fandreyzing üzrə məsul şəxs - İnsan resursları üzrə məsul şəxs - İctimaiyyətlə əlaqələr üzrə məsul şəxlər - Layihələr üzrə məsul şəxslər Seçim kretireyaları: - Könüllü işləmək həvəsi - Gənc komandada işləmək bacarığı - Məsuliyyət (!) - Yaradıcılıq qabiliyyəti Qeyd edək ki, bu sahədə əvvəlki təcrübə tələb olunmur. Gənclərin bu işə həvəs göstərməsi və məsuliyyətli olması bizim üçün dəyərlidir. Əgər bu layihənin komandasına qoşulmaq istəyirsinizsə, istək mətublarınızı [email protected]/* */ ünvanına göndərə bilərsiz.

OXŞAR XƏBƏRLƏR