Gənclər festivalına biletlər sürətlə tükənir

GƏNCLİK
14:10 13.05.2016
2621
Hələ 1 həftə əvvəl qeydiyyatlarına start verilən IB Gənclər Festivalında artıq 3000-dən çox gənc qatılmağa haqq qazanıb.
25 İyun Bakcell arenada IB Club və Neftçi PFK-nin təşkilatçılığı ilə keçiriləcək olan Gənclər Festivalı gənclər tərəfindən ciddi maraqla qarşılanıb. 11000-dən çox gəncin iştirakıyla ilin ən böyük gənclər layihəsi olaraq göstərilən festivalda bu il çoxlu sayda məşhur simanın, ifaçıların çıxışları və gənclərin əyləncəsi üçün müxtəlif mərkəzlərin fəaliyyəti gözlənilir. Festivalının layihə direktoru Kəmaləddin Nəzərlinin dediyinə görə gənclər üçün 25 İyun tarixini illər sonra da xatırlayıb, sözün əl mənasında gəncliyi hiss edəcəyi bir tarix etmək məqsəd qoyulub və bunun üçün də hazırlıq işləri son sürət davam etməkdədir. Artıq yaxın tarixlərdə festivalın qonaqları və çıxışları açıqlanmağa başlayacaqdır.
Yaxın tarixlərdə bitməsi təxmin edilən festival biletlərini əldə etmək üçün online müraciət etmək lazımdır. Festivalda öz yerinizi almaq üçün müraciətlərinizi www.ibgenclerfestivali.az web adresinə daxil olaraq göndərə bilərsiniz
Gənclər festivalında iştirak biletlə və ödənişsizdir.

OXŞAR XƏBƏRLƏR