Gənclər Fondu gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsini elan edir

GƏNCLİK
21:39 10.10.2022
2267

Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – "Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş "Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 10 oktyabr 2022-ci il tarixindən gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsi çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

 

Layihələrin məbləği:

Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

  • Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (youthfoundation.az)qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
  • Gənclər təşkilatlarının müsabiqə çərçivəsində yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir;
  • Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihələr yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr beynəlxalq layihələr kateqoriyasına aiddir;
  • Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:

  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitən, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməyən qrant alanlar;
  • Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

Müsabiqənin başlama tarixi:

  • Layihə təklifləri 10 oktyabr 2022-ci il tarixindən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix:

  • Layihə təklifləri üçün son müraciət tarixi 21 oktyabr 2022-ci il, saat 18:00 müəyyən edilib.

Layihə müraciətləri üzrə mövzular: Yerli və beynəlxalq layihələr üzrə mövzular

Qeyd 1: Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu ilə buradan tanış ola bilərsiniz.

Qeyd 2: Layihələrin icra müddətinin başlamasının 15 noyabr 2022-ci il tarixindən sonra nəzərdə tutulması tövsiyə olunur.

Müraciət üçün: Elektron kabinetə giriş

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq