Gənclər Fondu 'Media düşərgə' təşkil edəcək

GƏNCLİK
20:00 19.07.2013
1387

Gənc jurnalistlər üçün “Media düşərgə” keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov deyib.F.Qürbətovun sözlərinə görə, bu il keçiriləcək layihə çərçivəsində Azərbaycanın gənc jurnalistləri bir neçə gün ərzində faydalı informasiya əldə edəcəklər.“Gələcəkdə onlar burada əldə etdikləri faydalı bacarıqları gənclər, eləcə də QHT-lər haqda məlumatlar hazırlayarkən istifadə edə biləcəklər. Aparılan seçimin yekununda düşərgəyə 50-yə yaxın gənc jurnalist cəlb olunacaq. Bu düşərgə ölkənin səfalı məkanlarının birində və ya Bakıda seminarlar, həmçinin asudə vaxtın təşkili şəklində keçiriləcək”.F.Qürbətov, həmçinin deyib ki, layihəyə gənclərlə bağlı materiallar hazırlayan jurnalistlər cəlb olunacaq. O əlavə edib ki, fondun təşəbbüsü ilə bu il 1-ci Ümumrespublika zəka oyunları festivalı da keçiriləcək: “Festivala 14-29 yaşarası 30 minədək gənc cəlb olunacaq. Festivalın finalı Bakıda keçiriləcək”.

OXŞAR XƏBƏRLƏR