Gənclər Fondu daha bir maarifləndirici layihəyə start verib.
Fondun mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, “Mobil kitab rəfi” adlandırılan layihə sayəsində mobil keçid vasitəsilə gənclər mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatının nümunələrini yükləmək və oxumaq imkanı əldə edirlər.Hazırda Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq.Qeyd edək ki, gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metroda qatarlarda layihənin posterləri yerləşdirilib. Posterlərdə göstərilən bar kod vasitəsilə gənclər mobil telefonla birbaşa keçidə daxil ola və kitab yükləyə bilərlər.



