Gənclər Fondu təhsil xərcinin qarşılanması müsabiqəsinin nəticələrini elan etdi

GƏNCLİK
21:18 20.12.2022
1753
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün əlçatanlığının təmin edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən gənclərin təhsil xərcinin qarşılanması üzrə həyata keçirilən növbəti müsabiqənin nəticələri açıqlanır.

Sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərcinin qarşılanması məqsədi ilə cari ilin 3 oktyabr – 13 noyabr tarixlərində elan edilən müsabiqəyə 28 dövlət təhsil müəssisəsi, 7 filial və 15 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 872 müraciət daxil olmuşdur. Müraciətçilərin 772-si əyani təhsil üzrə, 100 tələbənin isə qiyabi təhsil üzrə müraciəti qeydə alınmışdır. Onlardan 91 tələbə magistr, 729 tələbə bakalavr, 52 tələbə isə orta-ixtisas təhsili üzrə müraciət etmişdir.

Ərizə qəbulu prosesində daxil olmuş müraciətlərin texniki ekspertizası və müraciətçinin davamiyyəti, akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətləri, sosial həssaslıq dərəcəsi, ictimai fəallığına dair ümumi qiymətləndirilməsi Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə aparılmış və qeyd olunan qurumlardan alınan rəylərə əsasən qaliblər müəyyən edilmişdir.

Gənclərin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması məqsədi daşıyan müsabiqənin nəticələrinə əsasən 431 tələbənin təhsil xərcinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilmişdir.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018, 2019 və 2020-ci illərdə təşkil edilmiş müsabiqələrdə ümumilikdə qalib olmuş 1190 tələbənin təhsil xərcləri ötən müddət ərzində tam qarşılanmışdır.

Nəticələr barədə Fondun rəsmi internet səhifəsi ilə yanaşı GəncAPP mobil tətbiqi vasitəsi ilə də məlumat ala bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq