“Yaşıl dünya naminə həmrəylik ili” yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

“Yaşıl dünya naminə həmrəylik ili” yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir
GƏNCLİK
15:36 16.04.2024
3436

Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – "Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş "Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 16 aprel 2024-cü il tarixindən gənclər təşkilatları üçün "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.

Müsabiqənin məqsədi ümumi ekoloji maarifləndirmə və tərbiyə işinin təşkili, ekoloji sahədə könüllülük fəaliyyətinin genişləndirilməsi, COP29 – İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək məqsədilə irəli sürülən təşəbbüslər, işğaldan azad olunmuş ərazilərdə törədilmiş ekoloji terrorun beynəlxalq müstəvidə tanıdılması üzrə təşəbbüslər, ekoturizmin inkişafı sahəsində tədbirlərin təşkili, iqlim həllərində rəqəmsal alətlərdən və süni intellektdən istifadə olunmasının təşviqi, yerli ekoloji problemlərin həllinə yönəldilmiş tədqiqatçılıq fəaliyyətinin təşviqi üçün gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində maliyyələşdirib, onların səmərəli fəaliyyətini stimullaşdırmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin məbləği:

Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

  • Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
  • Gənclər təşkilatlarının müsabiqə çərçivəsində yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir;
  • Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyət yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət beynəlxalq layihələr kateqoriyasına aiddir;
  • Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:

  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitən, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməyən qrant alanlar;
  • Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

Müsabiqənin başlama tarixi:

  • Layihə təklifləri 16 aprel 2024-cü il tarixindən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix:

  • Layihə təklifləri üçün son müraciət tarixi 30 aprel, 2024-cü il, saat 23:59 müəyyən edilmişdir.

Layihə müraciətləri üzrə mövzular: Layihə müraciətləri üzrə mövzularla buradan tanış ola bilərsiniz. 

Qeyd 1: Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu ilə buradan tanış ola bilərsiniz.

Qeyd 2: Layihələrin icra müddətinin başlamasının 1 iyul 2024-cü il tarixindən nəzərdə tutulması tövsiyə olunur.

Müraciət üçün: Elektron kabinetə giriş

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var