Gənclər fonduna nə qədər layihə verilib? - RƏSMİ RƏQƏM

Gənclər fonduna nə qədər layihə verilib? - RƏSMİ RƏQƏM
GƏNCLİK
16:55 17.07.2012
1774

Azərbaycan Gənclər Fondunun ilk qrant müsabiqəsinə 172 təşkilat və 83 nəfər gənc individual formada qeydiyyatdan keçiblər. Bu barədə AZXEBER.COM-a fondun mətbuat katibi Aynur Həsənzadə məlumat verib. Müsabiqədə iştirak etmək üçün gənclər Fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməli idilər. Müsabiqə Fondun saytında qeyd olunan 5 - A, B, C, D və E kateqoriyaları üzrə keçirilib, A, B və C kateqoriyaları üzrə layihə qəbulu iyulun 15-dən dayandırılıb. Digər 2 kateqoriya üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunur.A kateqoriyası gənclərin daha çox marağına səbəb olub və bu kateqoriya üzrə 127 layihə təklifi gəlib. Digər kateqoriya B - beynəxalq layihələr üçün nəzərdə tutulub və məhz bu kateqoriya üzrə 19 layihə təklifi qəbul olunub. Növbəti kateqoriya C kateqoriyası - yaradıcı gənclərə dəstək layihələri istiqamətindədir. Bu kateqoriya üzrə isə 19 müraciət olub. D kateqoriyası gənc alimlərin, ictimai fəal istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılıb və hal-hazırda bu kateqoriya üzrə 11 müraciət gəlib. Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür. Bu kateqoriya ilə çoxsayda xarici vətəndaşlar və təşkilatlar maraqlanıb, lakin hələ rəsmi müraciət olmayıb.Hazırda Fondun əməkdaşları tərəfindən layihə təkliflərinin siyahıları hazırlanır. Fonda gəlmiş bütün müraciətlər baxılması üçün Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasına təqdim olunacaq.

Fonda daxil olan layihələrin siyahısıyla burada tanış ola bilərsiniz: https://youthfoundation.az/layihə-qəbulu-basa-catdi-2/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz