Gənclər 'Gənclər günü'nü Gənclər Evində qeyd etdilər - FOTOLAR

GƏNCLİK
22:06 01.02.2013
1558

“Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı olan Gənclər Evi 2 fevral - Gənclər Günü münasibəti ilə “Gənclər Evində - Gənclər Günü” adlı tədbir keçirib.

Gün.Az xəbər verir ki, “Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə keçirilən layihənin əsas məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım etməkdir.Tədbirdə ofis rəhbəri Nurcan Səmədova Gənclər Evi haqqında ətraflı məlumat verərək onun gələcək planları haqqında danışıb. Daha sonra Gənclər Evinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Gənclər Evinin fəaliyyətdə olan dövrü ərzində gördükləri iş və ona üzv olan gənclər arasında “Azərbaycan və Azərbaycan Gəncliyi” sorğusu haqqında hesabat xarakterli məlumat verib.Tədbirdə millət vəkili Məlahət İbrahimqızı, ARGTMŞ-nin sədr müavini Mirhəsən Seyidov, nazirlik yanında ictimai şuranın sədri Nurəddin Mehdiyev, UNİCEF-in gənclər proqramlarının rəhbəri Natiq Umarov və bir çox gənclər təşkilatlarının nümayəndələri iştirak edərək təmsil etdiyi təşkilatların gənclərlə bağlı gələcək planlarını gənclərin nəzərinə çatdırıb.Qeyd edək ki, layihənin əsas məqsədlərindən biri də ödənişsiz kursların təşkil olunmasıdır. Məhz bu səbəbdən ilk dəfə olaraq media, vəsaitayırma, liderlik, ingilis dili kurslarında (pre-inter. Səviyyə) təhsil almış və həmin kursları müvəffəqiyyətlə başa vuran gənclərə sertifikat təqdimetmə mərasimi də keçirilib.Həmçinin kursların tədrisçi gənc müəllimləri öz fikirlərini bildirərək ümumi vəziyyət haqqında məlumat veriblər.Tədbirin sonunda Gənclər Evinin bir neçə üzvü milli və dünya musiqi əsərlərini ifa edərək, gəncləri təbrik ediblər.

OXŞAR XƏBƏRLƏR