Cənab Prezident! Sizi doğum gününüz münasibətilə
təbrik edirəm, uzun ömür, can sağlığı diləyir və ən xoş arzularımı səmimi
olaraq çatdırıram!
Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində
ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, ölkəmiz nəinki Cənubi
Qafqazda, o cümlədən yerləşdiyi coğrafi regionda lider dövlətlərdən birinə
çevrilib.
Sizin imzaladığınız müxtəlif sərəncam, fərman və dövlət proqramlarının sayəsində bütün sahələrdə olduğu kimi, gənclər və idman sektorunda da, sürətli canlanma yaranıb. Gənclər və gənclər təşkilatlarının inkişafı üçün yaratdığınız qurumlar bu gün cəmiyyətdə mühüm və böyük əhəmiyyət kəsb edir.
Bu illər ərzində həyata keçirdiyiniz
islahatlar, qəbul etdiyiniz fərman və sərəncamlar, gənclərlə görüşlərdə səsləndirdiyiniz
fikirlər bir daha sübut edir ki, Siz hər zaman gənclərin yanındasınız və gənclərin
ölkəmizin ictimai həyatında fəaliyyətini dəstəkləyirsiz.
Azərbaycan naminə görülən işlərdə ölkəmizin
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də qeyd etmək
istərdim. Ölkəmizdə
təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman habelə bütünsahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, ölkəmizin dünyada
müsbət imicinin möhkəmlənməsində böyük xidmətləri ilə əvəzsiz rolu vardır.
Gənclər
adından bildirmək istərdim ki, hər zaman dövlətimizin, Prezidentimizin və
Birinci vitse-prezidentimizin yanındayıq. Sizin apardığınız davamlı islahatlar
nəticəsində ölkəmizin dünyanın qabaqcıl ölkələrindən biri olacağına əminik.
Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, ölkəmizin inkişafı yolunda gələcək işlərinizdə uğurlar arzu edirəm!
Dərin hörmət və ehtiramla,
Teymur Mustafayev
Yeni Azərbaycan Partiyasının fəalı