“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyənin İstanbul şəhərində 20-26 fevral tarixlərində “Xocalıya Ədalət” həftəsi keçirib. Bu barədə məlumat verən “İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı qeyd edib ki, Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş həftəlik çərçivəsində Eminönü Xalq Təhsil Mərkəzi, Bakırköy Yunus Əmrə Mədəniyyət Mərkəzi, Marmara və Üsküdar universitetlərində faciə və onun dəhşətlərindən bəhs edən konfrans və panellər baş tutub.
Həftəlik çərçivəsində baş tutan panel və konfranslarda İstanbul Türk Ocağı başqanı Cezmi Bayram, Gənclik Qolları başqanı Barış Onur Sarqın, kordinator Almıla Maraş, Anadolu Şəhid Ailələri Konfederasiyası başqanı Ziya Sözen, Türkiyəni və Azərbaycanı təmsil edən nüfuzlu elm adamları Nesrin Sarıahmetoğlu, Bekir Günay, Fatih Özbay, Gökmen Kılıçoğlu, Ramazan Erhan Güllü, Abdullah Kahraman, Ertan Efegil, Mesut Hakkı Çaşın, Vüqar İmamoğlu, Aygün Həsənoğlu, Əbülfəz Süleymanlı çıxış edərək, Xocalı soyqrımının bir insanlıq cinayəti olduğunu qeyd ediblər.
Fərid Şahbazlı qeyd edib ki, “Xocalıya Ədalət” həftəsində Türkiyədən olan ekspertlərlə yanaşı, millət vəkili Qənirə Paşayeva, Əməkdar artist Aybəniz Haşımova, Azərbaycanın İstanbuldakı konsulu Rəşad Eyvazov, huriyyet.az informasiya portalının baş redaktoru Rövşən Tağıyev, İGİB-in fəalları Hacıbəy Heydərli, Aynişan Quliyeva, Cavid Süleymanov, Zemfira Əliyeva, Zeynalabdin Bağırzadə və digərləri iştirak edib. Çıxış edən qonaqlar Xocalı soyqrımının Azərbaycan xalqının qəlbində buraxdığı dərin yaralaran söz açaraq, bu qətliama siyasi və hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar.
Həftəlik boyu təşkil olunan bütün konfans və panellərdə Xocalıda və Qarabağda şəhid olmuş insanların ruhu hörmətlə anılıb, Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Baş tutan panellərdə ümumilikdə iki minədək gənc iştirak edib.