2013-cü ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) və “Dinamik” FM tərəfindən start verilən “Toqquşma Nöqtəsi” adlı radio debatlar davam edir.
Layihənin həyata keçirilməsində məqsəd yeni medianın imkanları vasitəsilə gənclər arasında fikir mübadiləsinin, müzakirələrin genişləndirilməsi və onlarda natiqlik qabiliyyəti, arqumentləşdirmə, kreativ təfəkkürün inkişaf etdirilməsi, gündəmdə aktual olan mövzularla bağlı müzakirələrin və dialoqların aparılması ilə bağlı olaraq gənclər üçün internet məkanının yaradılmasıdır.
Radio debatlar zamanı müxtəlif ali təhsil müəssisələrini təmsil edən və Gənclər Debat Forumlarında yüksək nəticəsi ilə seçilən gənc natiqlər ölkənin ictimai həyatında gənclərin fəallığının artırılması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi, gənclərin sahibkarlıq, karyera fəaliyyəti və başqa mövzuları əhatə edən mövzularda müzakirələr aparırlar.
Məlumat üçün qeyd edək ki, radio debatların ilkin mərhələsi zamanı Bakı Dövlət Universiteti Debat Klubu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Debat Klubu, Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubu, Azərbaycan Memarlıq və İnşaat Universiteti Debat Klubu növbəti mərhələyə keçnək hüququ əldə etmişdir.
“Toqquşma Nöqtəsi” layihəsi hər həftənin cümə günü saat 20:00-da Dinamik.FM saytında onlayn şəkildə canlı yayımlanır və yayım zamanı dinləyicilər sms yaza, həmçinin dəstəklədikləri natiqə səs verə bilirlər.
Dinamik.FM, dinamik gənclərin radiosu sloqanı ilə yaranmış və gənclərə xidmət edən online radiodur.www.dinamik.fmsaytina daxil olmaqla 24 saat yayımlanan musiqi və məhz gənclər üçün hazırlanmışverilişləri dinləmək mümkündür.
DVC («Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.DVC hal-hazırda 28000 üzv, 45 region, 10 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurmuşdur və bu gün bu lahiyənin icrasında da öz profesionallığını göstərir.