Gənclər Səttar Bəhlulzadə bağında toplaşdı - FOTOLAR

GƏNCLİK
16:30 07.01.2012
2538

Azərbaycan Tədris Akademiyasında (ASA) 2 gün keçirilən pulsuz aktyorluq təliminə start verilib.

Bu gün “Səttar Bəhlulzadə” bağında Azərbaycan Tədris Akademiyasının (A.S.A) təqdim etdiyi ödənişsiz aktyorluq təliminin birinci günü başa çatıb.

AZXEBER.COM portalı təlim zamanı gənclərin fikirlərini də öyrənib. Təlimçi, aktyor Azər Cəfər qeyd edib ki, aktyorluqla maraqlanan hər kəs bu təlimlərdə iştirak edə bilər: “Əvvəlcədən verdiyimiz məlumata görə, yanvar ayının 7-də şəhərdə ASA-nın tərkibində fəaliyyət göstərən Azər Cəfərin Yaradıcılıq Studyası açıq dərslər keçirir. Aktyorluqla maraqlanan bütün uşaqlar bu təlimdə iştirak edə bilər. Təlimimiz sabah da olacaq. Hər kəsi gözləyirik.”

Təlimdə iştirak edən Türkay Cəfərli belə tədbirlərin tez-tez olmasını arzulayıb: “Bu günkü tədbir mənim üçün çox əlamətdar oldu. Çünki burda çox maraqlı tamaşalar göstərdik. Mən şəxsən istərdim ki, belə tədbirlər tez-tez olsun”.

Səadət Fətizadə də təlimin əhəmiyyətindən danışıb: “Bu təlim mənim üçün bir yenilik idi. Çox maraqlı oldu . İlk gündən, aktyorluğun bəzi sirrlərini öyrəndim”.

Təlim iştirakçısı Namiq Qurbanlı isə təlimə görə Azerbaijan Study Academy-ə minnətdarlığını bildirib: “Bu günkü gün üçün A.S.A-ya təşəkkürlərimi bildirirəm. Mənim üçün çox maraqlı oldu. Bu gün yeni şeylər öyrəndim. Əminəm ki. gələcəkdə bu gün öyrəndiklərim mənə yardımçı olacaq”.

 Qeyd edək ki, təlimin 2-ci günü sabah saat 12:00-da “Səttar Bəhlulzadə” bağında davam edəcək.

Ozal İbrahimli

Əlaqə:

[email protected]/* */

562 3639, (070) 399 36 39

https://www.asa.edu.az/

OXŞAR XƏBƏRLƏR