Gənclər üçün Təhsil Mərkəzi gənclər arasında maarifçilik ideyalarını ,ənənələrini təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış "Maarifçilik məktəbi”-nə yekun vurdu.
AZXEBER.COM xəbər verir ki, layihənin son qonağı qhtxeber.az xəbər portalının baş redaktoru , NLP ustası Sənan Nəcəfov görüş zamanı tədbir iştirakçılarına "Bədən dili” və "İlk dəqiqədə özünü təqdimat bacarığı” mövzusunda təlim proqramını tədris etdi. Qonaq həmçinin gənclərin fərd olaraq şəxsi inkişafı , onların ictimai mühitdə faydalılığını təmin etmək , maarifçilik ideyalarınının təbliğ olunması haqqında müzakirə aparmışdır.
"Maarifçilik məktəbi” –nin bağlanış mərasimində çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd etdi ki , Bu gün Mərkəz olaraq Azərbaycan cəmiyyətinə 45 aydın məzunumuzu töhfə vermək gənclər təşkilatı olaraq bizlər üçün olduqca qürurludur. Əminəm ki , gənclərimiz maarifçilik idealogiyasın təbliğ olunması istiqamətində olan uzun vətəndaş cəmiyyəti yolumuzda bizlərə yol yoldaşı olacaqlar.
Daha sonra məktəbi uğurla yekunlaşdıran iştirakçılar diplom ilə təltif olunmuşdur.
Qeyd edək ki , "Maarifçilik məktəbi” proqramının davamı olaraq 25 dekabr 2018-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçiriləcəkdir.