Gənclər Təşkilatları Milli Şurası yeni loqosunu təqdim etdi - FOTO

GƏNCLİK
16:51 01.03.2013
1302

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) yeni loqosunu təqdim edib.

AZXEBER.COM xəbər verir ki, loqoda təsvir olunan “səkkiz guşəli ulduz” - milliliyi, Dövlət Bayrağının rənglərinin əks olunması - dövlətçiliyi, şəbəkə formasında təsvir - gənclər təşkilatlarını birləşdirən bir platforma kimi təşkilatın əsas fəlsəfəsi və məqsədini ifadə edir.ARGTMŞ özündə 100-dən çox gənclər təşkilatını birləşdirən, ölkənin ən böyük gənclər təşkilatları şəbəkəsi (“şəbəkə formasında təsvir”) və Avropa Gənclər Forumunda milli (“səkkizguşəli ulduz”) gənclər platformasını təmsil edən yeganə təşkilatdır.Beləliklə, loqo təşkilatın millilik, dövlətçilik və birləşdiricilik rəmzlərinin harmoniyasını əks etdirir.

OXŞAR XƏBƏRLƏR