Gənclər təşkilatlarının nümayəndələri Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər – FOTOLAR

Gənclər təşkilatlarının nümayəndələri Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər – FOTOLAR
GƏNCLİK
22:27 15.09.2021
1608
Azərbaycan Respublikasının Gənclər Fondu və ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 103-cü ildönümü ilə əlaqədar Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

Gənclərin İnkişafı və Karyera Mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "Böyük Qayıdış” İctimai Birliyi, "İrəli” İctimai Birliyi, Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyi və digər gənclər təşkilatlarının nümayəndələri 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunması uğrunda azərbaycanlı əsgərlərlə çiyin-çiyinə vuruşub şəhid olmuş 1130 Osmanlı-türk əsgərinin xatirəsini dərin ehtiramla yad edib, onların xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi önünə əklil qoyublar.

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət”, dahi Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlmələrinin Azərbaycan-Türkiyə qardaşlığının sözlə ən gözəl təsviri olduğunu qeyd edən gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda canlarından keçən şəhidlərimizi də yad etmiş, bir əsr əvvəl olduğu kimi, müasir tariximizin bu vacib dönəmində Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyi hər zaman xatırlayacaqlarını vurğulamışlar. 

Prezident İlham Əliyevin "Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” fikrinin gənclərdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edən tədbir iştirakçıları, Azərbaycanın bundan sonra daha da inkişaf etməsi, qüdrətlənməsi və gələcək zəfərlərimiz naminə ölkə başçısının ətrafında daha sıx birləşəcəklərini bildirmişlər.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək