Gənclər təşkilatlarının yeni PR strategiyası Şamaxıda müzakirə olundu - FOTOLAR

GƏNCLİK
14:44 10.08.2022
2535
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 6-9 avqust tarixlərində Şamaxı şəhərində 40-dan çox gənclər təşkilatının PR menecerlərinin iştirakı ilə "Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsi həyata keçirilib. 

Gənclər təşkilatlarının PR menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi ilə gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlərin sosial mediadan operativ istifadə, iş mühitində keyfiyyətli və effektiv rəqəmsal kommunikasiyanın formalaşdırılması istiqamətində bilik və bacarıqlarının artırılması, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin və interaktiv fəaliyyətlərlə səmərəli vaxtın keçirilməsi olub.  

Layihənin ilk günü iştirakçıların şəbəkələşməsi üçün komanda oyunları keçirilib və daha sonra PR üzrə konsultant Səmayə Məmmədovanın təqdimatında "Gənclər Təşkilatlarında PR işinin düzgün qurulması” mövzusunda sessiya baş tutub. Sessiya zamanı gənclər təşkilatlarında PR necə idarə olunmalı və bu zaman diqqət yetirilməli məqamlar, gənclərin bu sahədəki rolu, vəzifə və öhdəlikləri ətraflı müzakirə olunub. Daha sonra NAYORA-nın sədri Azər Əliyev tərəfindən iştirakçılara gənclər təşkilatlarının PR sahəsində SWOT analizi vörkşopu keçirilib. 

Layihənin ikinci günündə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədi ilə səhər idmanı ilə başlanıb, daha sonra Azxəbər.az saytının baş direktoru Əfsələddin Ağalarov tərəfindən "KİV-lərlə əlaqələrin qurulması zamanı QHT-lərin qarşılaşdığı problemlər” mövzusunda təlimi ilə davam edib. Xəbər saytlarına press-relizin hazırlanması, təqdim edilməsi, QHT-lərin press-relizlərdə yol verdiyi səhvlər kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların qrup işləri ilə sessiya yekunlaşıb. Daha sonra bloqer Günel Rəhimova ilə qeyri-formal formatda görüş keçirilib, proqramın sonuna doğru isə Şamaxı Astrofizika Rəsəsdxanası və Yay Fest ərazisinə infotur təşkil olunub.

Layihənin üçüncü günü Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Elnur Niftəliyev, Dövlət Məşğullluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev və AzTV-nin Teleradio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmudun spikerliyi ilə "Gənclər Təşkilatlarının fəaliyyətlərinə TV kanalların cəlb edilməsi üsulları” mövzusunda panel müzakirəsi keçirilib.

Günün ikinci yarısı A+CO şirkətinin Rəqəmsal Marketinq şöbəsinin müdiri Orxan Salmanovun təqdimatında "Sosial media hesablarının idarə olumasında diqqət olunmalı məqamlar və rəqəmsal marketinq” mövzusunda təlim və ATV kanalının xəbər aparıcısı Pərvin Əsgərlinin iştirakçılarla qeyri-formal görüşü keçirilib.

Proqramın son günü isə Azərbaycan Respublikasının Gənclər Fondunun nümayındələrinin iştirakı ilə görüş və təlim keçirilib.


















OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb