Gənclər Türkiyədəki seçkiləri izləməyə gedir

Gənclər Türkiyədəki seçkiləri izləməyə gedir
GƏNCLİK
12:51 19.03.2014
1413

Bir neçə gün sonra qardaş Türkiyə Cümhuriyyətində bələdiyyələrə seçkilər keçiriləcəkdir. Seçkilərlə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da geniş təbliğat-təşviqat işlərinə başlamışdır.

AZXEBER.COM-un məlumatına görə, Seçki öncəsi Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri bu ölkəyə rəsmi səfərə dəvət edilmişdir.

“Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çəçivəsində həyata keçiriləcək səfərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi birliyin sədri Seymur Orucovun rəhbərliyi altında aşağıdakı tərkibdə təmsil olunacaqdır – Həsən Daşdəmirov – YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Sərraf Hüseynov – YAP Gənclər Birliyi Ofisinin rəhbəri, Bəxtiyar Nəbiyev- YAP Yasamal rayon Gənclər Birliyinin sədri, Rəşad Abbasəliyev – Yap Sabunçu rayon Gənclər Birliyinin sədri.

Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək bu səfər 22 mart tarixində başlayıb, 28 mart tarixinə qədər davam edəcəkdir.

Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi , qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaqdır.

OXŞAR XƏBƏRLƏR