Gənclər üçün Təhsil Mərkəzinin Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Regionlarda gəncləri üçün beyin mərkəzlərinin yaradılması” layihəsi davam edir.
AZXEBER.COM xəbər verir ki, bu məqsədlə Gəncə, Mingəçevir, Hacıqabul və Ağcabədidə növbəti təlim proqramı keçirilib.Təlimlər əsasən gənclərin analiz və təhlil etmək bacarığının inkişaf etdirilməsinə, onların baş verən ictimai-siyasi hadisələrə düzgün qiymət verməsinin təşviq olunmasına və gənclərin təşəbbüskarlığının artırılmasına yönəldilib.Layihə çərçivəsində təlim proqramları ilə yanaşı ictimai əhəmiyyət kəsb edən mövzularda gənclərin müzakirələri və praktiki məşğələləri də təşkil olunub.Layihənin əlaqələndiricisi Qızılgül Teyyubovanın verdiyi məlumata görə, bu ayın son günlərində bitməsinə baxmayaraq, layihənin sentyabr ayından yeni mərhələsinin başlanması planlaşdırılır.
Bu mərhələdə gənclər üçün yaradılmış beyin mərkəzlərinin strukturunun və iş prinsiplərinin hazırlanması, gənclərin bura cəlb olunması və digər məsələlər öz həllini tapacaq.
Eyni zamanda bu mərkəzlər vasitəsilə gənclərimizin xarici ölkələrdəki beyin mərkəzlərinə tanışlıq səfərlərinin həyata keçirilməsi də nəzərdə tutulur.