Gənclər üçün təlim keçirildi

GƏNCLİK
17:06 27.08.2012
2007
15-19 avqust 2012-ci il tarixində ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən bir illik orta məktəb təhsili olan, Gələcəyin Liderləri Mübadilə Proqramının (FLEX)  məzunu “Məzunların Qrant Proqramı” çərçivəsində 5 günlük Teatr-əsaslı İİV/QİÇS və Reproduktiv Sağlamlıq üzrə həmyaşıd təlimi təşkil etdi. AZXEBER.COM-un məlumatına görə, təlim zamanı 20 nəfər iştirakçı Y-PEER şəbəkəsinin üzvləri olan beynəlxalq təlimçilər Aytəkin Əsgərova və Rəşad Hüseynzadə tərəfindən İİV/QİÇS və digər cinsi yolla keçən xəstəliklər, həmçinin İİV/QİÇS-lə yaşayan insanlara qarşı ədalətsiz stiqma riski haqqında məlumatlandırılıblar. Təlimdən sonra iştirakçılar yerli icmalarda oxşar təlimlər keçirəcəklər. Təlim ABŞ Dövlət Departamenti proqramı Beynəlxalq Təhsil üzrə Amerika Şurası, Y-PEER Azərbaycan (www.youthpeer.az), Himalaya Herbals Təbii Kosmetika Şirkəti (www.himalaya.az) və “Hilton Baku” oteli (www.hilton.com/baku) ilə əməkdaşlıq çərçivəsində keçirilib. ABŞ Səfirliyinin Sözcüsü Jonas Stevart qeyd etdi ki, “bu təlim FLEX məzunlarının Azərbaycana töhvəsinin ən gözəl nümunəsidir. Reproduktiv sağlamlıq hər bir cəmiyyət üçün mühüm məsələdir və mən onların azərbaycanlıları İİV/QİÇS və digər reproduktiv məsələlərlə bağlı dəqiq, hərtərəfli məlumatlarla təmin etmələrini alqışlayıram.”Layihənin koordinatoru və FLEX proqramının məzunu Nigar Məmmədova öz növbəsində qeyd etdi ki, “cəmiyyətimizin reproduktiv sağlamlığının effektiv idarə olunmasında məlumatlanma ən mühüm faktordur. Əldə olunan bilikləri ölkədə paylaşmaq üçün gələcək təlimçiləri hazırlamaqla, biz İİV/QİÇS-in dərk edilməsini və qarşısının alınmasını təmin edirik. Bununla bərabər bu virusu daşıyanların stiqma qorxusu olmadan və ya utanmadan kömək istəməyə haqlarının olması kimi məlumatı cəmiyyətə ötürürük .”     Təlim mükafatlandırma mərasimi və iştirakçılar tərəfindən İİV/QİÇS-lə cəmiyyətin mübarizəsi haqqında ssenariləşidirilmiş çıxışlarla başa vuruldu. “Hilton Baku” otelində baş tutan təlim, sayca ikincidir. Belə ki, ilk təlim 2011-ci ildə uğurla həyata keçirilmişdir.

OXŞAR XƏBƏRLƏR