“Gənclər və Dəyərlər “ İctimai Birliyi Fransaya etiraz etdi

“Gənclər və Dəyərlər “ İctimai Birliyi Fransaya etiraz etdi
GƏNCLİK
16:10 25.01.2012
2230

“Gənclər və Dəyərlər “ İctimai Birliyi Azərbaycanda Vətəndaş cəmiyyətinin inkişafı prosesinə gənclərin cəlb edilməsi, milli və dövlətçilik maraqlarının ,eyni zamanda insan hüqüqları və demokratik dəyərlərin təbliğində, həmçinin könüllülük və vətənpərvərlik sahəsində gənclərin fəaliyyətini dəstəkləmək,milli və mənəvi dəyərlərə əsaslanan müasir gənclərin formalaşması sahəsində fəaliyyət göstərməkdədir . Əsas məqsədimiz yuxarda qeyd etdiyimiz prinsiplər əsasında Azərbaycan Vətəndaş cəmiyyətinin inkişaf istiqamətinə dəstək vermək və bu istiqamətdə fəaliyyətdir .

“Gənclər və Dəyərlər “ İctimai Birliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, insan hüquqları , bərabərlik , hümanizim , tolerantlıq , söz , fikir , media azadlığı kimi demokratik dəyərlərdən danışıldığı zaman örnək göstərilən Fransa dövləti bugün apardığı siyasətlə əslində heç də bu dəyərlərə əsaslanmadığını göstərmiş oldu . Qondarma “ erməni soyqırımı ”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsininqəbul etməklə , “ bu bir qərəz deyil tarixin acıları ilə üzləşməliyik , cətində olsa ” deyən “ ədalətli “ Fransa höküməti Əlcəzayir Soyqırmı və ya Ruandada törətmiş olduqları qətliamla bağlı həqiqətlərlə də üzləşməli olduqlarının fərqində olmalıdırlar.

Türkiyə rəhbərliyinin "gəlin tarixi birlikdə araşdıraq , bütün arxivlərimiz açıqdır " çağırışına baxmayaraq , nəinki məhkəmə , heç ciddi arxiv araşdırması olmadan belə bir qanunun qəbulu böyük tarixi ədalətsizlik və saxtakarlıqla yanaşı , beynəlxalq hüquq normalarının tələblərinin , söz və ifadə azadlığı kimi dəyərlərin pozulması deməkdir . Fransa atdığı bu riyakar siyasi addımla tarixinin ən şərəfsiz səhifələrindən birini yazmaqla bərabər , demokratiyanın təbliğatçısı kimi tanınan bir ölkə olaraq beynəlxalq nüfuzuna da çox ciddi zərbə vurdu .

Bu qanun Türkiyə timsalında bütün Türk dünyasının , vətəndaşlığından asılı olmayaraq hər bir Türkün şərəf və ləyaqətinə təhqirdir . Azərbaycan gəncliyi olaraq türk kimliyini təhqir eden belə bir qanunun qəbulundan sonra, Fransanın Minsk qrupunda həmsədr kimi vəzifəsinin icrasına davam etməsi Qarabağ sorununun həllini Ermənistana həvalə etmək anlamına gəldiyini , eyni zamanda Fransanın ATƏT-in Minsk qrupunda həmsədr kimi fəaliyyətinə xitam verilməsi istiqamətində addımlar atılmasının vacib və təxirə salınmaz olduğu qənaətindəyik . Həmçinin Fransa ilə Ölkəmiz arasında olan diplomatik əlaqələrə yenidən baxılmalı , mövcud vəziyyətə görə təftiş edilməlidir .

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO
23:44 26.02.2026
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO