Gənclər və İdman Nazirliyi 2011-ci ilin ən yaxşılarını seçdi - SİYAHI

GƏNCLİK
11:15 18.02.2012
2899
16 fevral 2012-ci il tarixində “Buta Palace” da “2 Fevral Gənclər günü” nə həsr olunmuş təntənəli mərasim keçirilib. AZXEBER.COM AGİN-in rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev 2011-ci ilin digər sahələrdə olduğu kimi, gənclər sahəsində də çox zəngin olduğunu vurğuladı. Nazir müavini gənclərin ölkənin yenilik daşıyıcıları, innovativ potensialın əsası olduğunu bildirib.İ. Babayev: “2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” təsdiqlənib və bununla da dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradıldı, Bakıda Gənclər Mərkəzinin, regionlarda “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atıldı. VI Gənclər Forumunun keçirilməsi də böyük əhəmiyyət kəsb edib. Forum gənclər siyasəti sahəsində gələcək fəaliyyəti müəyyənləşdirib.” İ. Babayev 2012-ci ilin prioritetləri haqqında da danışıb. O deyib ki, 2012-ci il Azərbaycan prezidentinin sərəncamı ilə “İdman İli” elan olunub, 2020-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb: “Ölkəmiz “Euorovision - 2012” mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır. Biz fəal mövqedə duran bacarıqlı, məqsədə doğru inamla gedən gənclərimizi dəstəkləyirik, onlarla fəxr edirik”. İ. Babayev, İnternetdə “Azərbaycanın gənclər paytaxtı” mövzusunda keçirilən sorğu-səsvermədə Gəncə şəhərinin birinci yeri tutduğunu açıqlayıb. Onun sözlərinə görə, səsvermədə 1 milyon 700 min azərbaycanlı gənc iştirak edib. Tədbirdə bir qrup ictimai fəal, istedadlı və yaradıcı gənc, gənclər təşkilatlarının liderləri, gənc alim, rəssam, yazıçı, musiqiçi və aktyor mükafatlandırılıb. Mükafatlar gənclərə Gənclər və İdman naziri Azad Rəhimov, , Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və President Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Ailə, Uşaq, Qadın Komitəsinin sədri Hicran Hüseynova tərəfindən təqdim olunub.teatr: Fəridə Əliyeva, Səbinə Namazova, Xədicə Novruzlu, Zemfira Seyidi kino: Ələkbər Əliyev təhsil: Flora Hacıyeva, Azər Əsgərov ədəbiyyat: Zərdüşt Şəfizadə, Sahilə İbrahimova memarlıq: Elçin Umudov, Elşad Məhərrəmov musiqi: Rüstəm Zeynalov, Kərəm Əkbərov, Murad Sadıq təsviri incəsənət: Hudunay Haqverdiyev, Ayləl Məmmədovaİctimai həyatda fəallığa görə mükafatlandırılıblar: Gülsel Səfərova – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri; Orxan Ərəbov – Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi; Rauf Mərdiyev – “İrəli” İctimai Birliyinin baş katibi;

OXŞAR XƏBƏRLƏR