‘Gənclər və İdman Nazirliyində korrupsiya aşkar olunmayıb’

‘Gənclər və İdman Nazirliyində korrupsiya aşkar olunmayıb’
Bütün Xəbərlər
12:03 23.04.2014
530

Hesablama Palatası Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbələrə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Hesablama Palatsının bununla bağlı açıqlamasında bildirilir ki, bəzi informasiya agentliklərində Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilib: “Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib.

Audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb.

Məlumatın birtərəfli qaydada verilməsi və konteksdən çıxarılaraq təhrif edilməsi Hesablama Palatası tərəfindən qərəzli mövqe kimi qiymətləndirilir”.  

OXŞAR XƏBƏRLƏR