İRƏLİ” İdman Mərkəzi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Gənclərarası şahmat” çempionatı yekunlaşıb.
Bağlanış mərasimində çıxış edən Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov gələcəkdə “İRƏLİ” ilə birgə əməkdaşlığın davamlı olacağını qeyd edib və iştirakçıları təbrik edərək onlara uğurlar arzu edib.
“İRƏLİ” İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev də öz növbəsində qalibləri təbrik edib və Şahmat Federasiyasına təşəkkürünü bildirib.
Turnir 3 gün müddətində davam edib. Sonda 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə “İRƏLİ” İctimai Birliyi və Şahmat Federasiyası tərəfindən diplom və hədiyyələr təqdim olunub..
Qeyd edək ki, çempionatın təşkil olunmasında əsas məqsəd 2015-2016-cı illər Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinə dəstəkdir.
Xatırladaq ki, “İRƏLİ” İdman Mərkəzinin məqsədi idman sahəsinə marağı olan gənclərin bir araya gətirmək, onların fəaliyyətinə dəstək olmaq, bununla da, ölkə idmanının inkişafına töhfə verməkdir. Mərkəz daxilində bütün növ idman oyunlarına dəstək olunması və idmanla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.