“Gənclərin Həmrəylik Festivalı” keçirildi - FOTOLAR

GƏNCLİK
11:09 25.12.2023
2250
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – "Gənclərin Həmrəylik Festivalı” keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, on minlərlə gəncin iştirakı ilə təşkil edilən festivalın həyata keçirilməsində əsas məqsəd ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin qürurlu vətəndaşları olan gənclərin sevinc dolu 2023-cü ili yola salmaq və gələcək zəfərlər uğrunda dövlətin siyasi kursu ilə Azərbaycan gənclərinin həmrəyliyini dünyaya nümayiş etdirmək idi.

Festivalda iştirakçılar arasından söz alan gənclər təşkilatlarının üzvləri, qazilər, idmançılar, yaradıcı gənclər, könüllülər bugünkü uğurlarımızın bünövrəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kursun, o cümlədən gənclər siyasətinin durduğunu vurğulayıblar. Ölkə gəncləri üçün bütün istiqamətlərdə yaradılan geniş imkanların gənclərin hərtərəfli inkişafına və müasir Azərbaycanın dövlətçiliyinin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Yaradılan imkanlardan faydalanan və milli maraqlar ətrafında sıx birləşən Azərbaycanın vətənpərvər gəncləri fəaliyyət göstərdikləri istiqamətlər üzrə ölkəmizin inkişafında və dövlətimizin qüdrətlənməsində aparıcı qüvvəyə çevriliblər. Azərbaycan gəncləri dövlət başçısının yürütdüyü siyasətlə həmrəy olduqlarını, siyasi kursunu dəstəklədiklərini və bundan sonra da dövlətin strateji inkişaf xəttinə sadiq qalacaqlarını vurğulayıblar.

Gənclər fürsətdən istifadə edib, dövlət başçısını doğum günü münasibəti ilə təbrik edib, ona öz xoş və səmimi arzularını çatdırıblar.

Çıxışlara yekun olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan gəncləri adından Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı səsləndirilib, xalqımızın həmrəylik və Yeni il bayramı təbrik edilib. 

Festival ərzində gənclər sevə-sevə dinlədikləri Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan "Drums”ın ifasında mahnıların və oynaq musiqilərin sədaları altında rəqs edərək şənləniblər.
 











OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq