4 ay sürən marafondan sonra qalib “QATAR”la yola salındı.
Dünən Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Ümumrespublika Teatr Festivalınınmükafatlandırmamərasimi keçirilib.
Mərasimin giriş hissəsində fərqli bir qarşılama olub. Belə ki,festivalın qonaqları zala qırmızı xalçanın üzərindən keçərək daxil olublar. Və xalça üzərindən keçərkən media nümayəndələri ilə öz fikirlərini bölüşüblər. İlk olaraq layihənin ideya müəllifi Jalə Əliyeva bu layihənin fərqliliyini vurğulayaraq, gənclər üçün daşıdığı əhəmiyyətdən danışıb “Bu gün Azərbaycanda kifayət qədər çox layihələr həyata keçirilir. Ancaq bu layihənin onlardan fərqi odur ki, Azərbaycanda ilk dəfə Art Kamp keçirilib. Ümidvaram ki, festival yaradıcı gənclərə pozitiv stimul verəcək və onların gələcək fəaliyyətində xüsusi rol oynayacaq. Bu layihə memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil AzərbaycanımızdaPrezident cənab İlham Əliyevin daim diqqət mərkəzində olan uğurlu gənclər siyasətindən doğanhər bir gəncin özünü realizə etmək imkanlarının reallaşması üçünedilən səylərinbariz göstəricisidir.”
Qırmızı xalçanın üzərindən keçən qonaqlar arasında tanınmış telejurnalist Nərgiz Cəlilova da, olub. Münsiflər heyətinin tərkibində olan Nərgiz xanımqaliblərin çox obyektiv şəkildə müəyyən edildiyini bildirib: “Biz 3 gün boyunca bütün tamaşalara baxdıq və öz rəyimizi bildirdik. Təbii ki, bəzi səhvlər oldu. Onlar gəncdirlər və onların hər hansı bir səhv etməsi normaldır. Mən də öz növbəmdə qalibləri təbrik edir və bütün festival iştirakçılarınamüvəffəqiyyətlər arzulayıram”.
Millət vəkilləri Gülər Əhmədova, Cavanşir Feyziyevvə Elmira Axundovafestivalı cənab prezidentin ölkədə apardığı uğurlu gənclər siyasətinin nəticəsi kimi qiymətləndiriblər.Gülər Əhmədova bildirdi ki:” Mən çox şad oldum ki, bu layihə Azərbaycana səs saldı və vətənpərvərlik mövzusuna toxunuldu. Düşünürəm ki, festivalın ən böyük uğuru burada iştirak edəngənclərinyaddaşında bu festival qırmızı xətt kimi qalacaq və vətənpərvərlik mövzusuna gələcəkdə dəöz yaradıcılıqlarında toxunacaqlar.”
Sənətşünas Aydın Talıbzadə Azərbaycanda ilk dəfə belə səpkili festival keçirilməsinin çox təqdirəlayiqdir hal olduğunu, burada bir çox əhəmiyyətli mövzulara toxunulduğunu və bir ziyalı kimi bu festivalı çox yüksəkdəyərləndirdiyini bildirib.
Şairə Nurəngiz Gün isə Jalə Əliyevanın belə təşəbbüsünün və gənclərin aktivliyinin onda dünya boyda sevinc oyatdığını vurğulayıb:” Bu gün sevincimin həddi- hüdudu yoxdur. Festival iştirakçıları çox savadlı və hazırlıqlıdırlar. Art Kampda onlarla ünsiyyətdə olduğum zaman bunun şəxsən şahidi oldum.”
Daha sonra “Azərbaycan qadını” layihəsinin müəllifi Mahirə Əsədovafestival haqqında fikirlərini bildirib: “Belə bir festivalın məhzMübariz İbrahimovun adına həsr edilməsi bizdə fərəh hissi oyadır. Bu günki gənclik bizim gələcəyimizdir. Mən Jalə xanımı bu cür təşəbbüsə görə alqışlayıram və bütün Azərbaycan gəncliyini bu münasibətlə təbrik edirəm”.
Festivalın mükafatlandırılan ən gənc rejissoru 11 yaşlı Ayla Qasımzadə oldu.
Və nəhayətsaat 17:00-da qala konsertə start verilib. Festival gənc müğənni Üzeyir Mahmudbəylinin ifasında “İgid əsgər, möhkəm dayan” mahnısı ilə açılıb.
Konsertin aparıcıları 4 aydır davam edən festival barədə məlumat verərək bildiriblər ki, festival Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Festivala İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala vəpaytaxt Bakıdanümumilikdə 110 gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub. Təşkilat Komitəsi onlardan 12-sini seçərək rejissorlara təqdim edib.Ssenarilərin hər biri ayrı-ayrı rejissorlar tərəfindən səhnələşdirilib. Respublikada ilk dəfə keçirilən festival özü də bir ilkə imza atıb. Belə ki, layihə çərçivəsində ölkədə ilk dəfə yaradıcı Art Kamp keçirilib. Art Kampda iştirakçılar məşhur aktyor və rejissorlardan dərs alıblar ki, bu da onların işlərində özünü göstərib.
Aparıcılar qeyd ediblər ki, respublikada ilk dəfə vətənpərvərlik mövzusunda keçirilən festivala deviz kimi Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri seçilib.
Tədbir Mahirə Əsədovanın “Mən azərbaycanlıyam!” adlı sənədli filminin nümayişi ilə davam edib. Bakı Musiqi Akademiyasının tələbəsi Ramil Xələfov konsert boyu vətənpərvərlik mövzusunda olan mahnıları səsləndirib.Vəsonra tədbirin ən maraqlı, ən həyəcanla gözlənilən hissəsi-yəni qaluiblərin mükafatlandırılması mərasimi başlayıb. Qaliblər xalq artisti Amalya Pənahova, teleaparıcı Nərgiz Cəlilova, rejissor Vaqif Əsədov, teatrşünas Aydın Talıbzadə və aktrisa Yaqut Paşazadədən ibarət münsiflər heyətinin rəyi əsasında 3 gün ərzində göstərilən 12 tamaşa arasından seçilib. Ucar mədəniyyət evinin təmsilçisi Elçin Aslangil “Mühakimə” tamaşasındakı roluna görə “Ən yaxşı aktyor işi” nominasiyasında qalib olub. Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş “El axtarışında” tamaşasındakı roluna görə Yuğ Dövlət Teatrının nəzdində fəaliyyət göstərən Gənc Təşəbbüslər Mərkəzinin üzvü Lamiyə Səlimova “Ən yaxşı aktrisa işi” nominasiyasına layiq görülüb.Azər Cəfərisə“Ən yaxşı ssenari”nominasiyasinın qalibi olub.
Festivalın həvəsləndirici mükafatlarını Ayla Qasımzadə və Elxan Aslanov qazanıblar. “Mələklər” yaradıcı studiyasının rəhbəri 11 yaşlı Ayla Qasımzadə “Mələklərin laylası” vəZaqatala Xalq teatrının nəzdindəki Gənclik studiyasının üzvü Elxan Aslanov“Xocalı fəryadı” tamaşasında əsir uşaq roluna görə mükafat alıb.
“Q.A.T.A.R”ı saxlamaq mümkün olmadı
Tədbirin ən həyəcanlı anları isə ilk üç yerin qalibinin adları açıqlanan zaman yaşanıb. Qalibləri Gənclər və Turizm Nazirliyinin sektor müdiri Elşən Hüseynov, millət vəkili Cavanşir Feyziyev və Jalə Əliyeva təltif edib. Beləliklə, “Q.A.T.A.R” yaradıcılıq studiyası “Qisasın rəngi” tamaşası ilə müsabiqənin birincisi (1500 AZN) elan olunub. Bakı Slavyan Universitetinin “T.O.T.E.M” tələbə teatrı ikinci (1000 AZN), Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzininisə üçüncü yerə (750 AZN) layiq görülüb.
Sonda isə festivalın icraçı direktoru Ramil Ağasıyev festival iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan müraciətini səsləndirib. Müraciətin sonunda deyilib:
“Cənab Prezident!
Sizin səsləndirdiyiniz "Azərbaycanın qarşısında bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problem qalmamışdır"- fikri bizim üçün yol göstərən mayakdır. Biz Qarabağprobleminin həlli yönümündə atdığınız addımları tam dəstəkləyirik.Çox istərdik ki,Gənclərin II Ümumrespublika Teatr Festivalını qloballaşan dünyamız üçün çox əhəmiyyətli olan ekologiya mövzusuna həsr edək.
Festival iştirakçıları ölkənin yaradıcı gənc potensialı kimi daim Sizin yanınızda olmağa, vətənimizin inkişafı naminə atdığınız xoş əməllərin layiqli davamçısı olmağa tam hazır olduqlarını bəyan edirlər.
Hörmətlə,
Təşkilat komitəsi və festival iştirakçıları adındanmillət vəkili Jalə Əliyeva”
Sonda festivalın ideya müəllifi Jalə Əliyeva bütün iştirakçıları bir daha səhnəyə dəvət edərək, onları xüsusi diplomla təltif edib vəfestivalın reallaşmasında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.Millət vəkili habelə elə bu andan etibarən Gənclərin II Ümumrespublika Teatr Festivalına hazırlıq üçün start verildiyini də açıqlayıb.
Sonda Cəlal Abbasov Müslüm Maqomayevin unudulmaz “Azərbaycan” mahnısı ilə çıxış edib.