Gənclərin İnkişaf və Karyera Mərkəzi 20 Yanvar Şəhidlərini yad edib - FOTOLAR

GƏNCLİK
21:46 20.01.2021
901
31 il əvvəl bugün müstəqillik üçün ayağa qalxmış Azərbaycan xalqı böyük tarixinə yeni şərəfli bir günü yazdı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Sovet ordusunun Bakıya yeridilməsindən sonra paytaxtda və digər rayonlarda 146 nəfər amansızlıqla qətlə yetirildi, 700-dən çox insan yaralandı. Bu hadisə tariximizə "Qara Yanvar” adı ilə düşdü. Lakin bir yumruq kimi birləşən Azərbaycan xalqı bu faciədən sarsılmadı, daha da gücləndi və qısa müddətdə dövlət müstəqilliyini bərpa etdi. 

Hər il yanvar ayının 20-də vətəndaşlarımız bu faciənin qurbanlarının ruhuna ehtiram göstərir. Amma bu il 20 yanvarda qanla yazılan şanlı tarixə 44 günlük müharibədə əldə edilən zəfər günü də əlavə olundu. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliklərinin əməkdaş və Gənc Könüllüləri 20 Yanvar - Ümumxalq Hüzn Günündə rayon mərkəzlərində yerləşən Şəhidlər Xiyabanlarında şəhidlərin əziz xatirəsini yad ediblər. Rayon gəncləri şəhid barelyefləri önünə gül dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər.
Gənclər xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizi – 20 Yanvar faciəsinin günahsız qurbanlarını heç vaxt unutmur və unutmayacaq, çünki milli birlik və vətənpərvərliyin rəmzinə çevrilmiş bu gün xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin ən şərəfli səhifələrindən biridir. 

Ruhunuz şad olsun, əziz Şəhidlər! Azərbaycan torpaqları yağı düşməndən təmizlənmişdir!
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir