'Gənclərin lideri – İlham Əliyev' səhifəsi müxalifətçilərin hədəfində
Bütün Xəbərlər
18:25 13.09.2012
1812
Facebook” sosial şəbəkəsində Prezident İlham Əliyevi dəstəkləyən gənclər yeni səhifə yaradıblar. “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azxeber.com portalının təsisçisi Hacıbəy Heydərli tərəfindən yaradılan “Gənclərin lideri – İlham Əliyev” adlı səhifə cəmi 2 gündür fəaliyyətə başlamasına baxmayaraq çox böyük marağa səbəb olub və artıq 1139 nəfər tərəfindən bəyənilib. Səhifənin təsisçilərindən olan Fərid Şahbazlının sözlərinə görə, səhifənin yaradılmasında məqsəd ölkə prezidenti İlham Əliyevi dəstəkləyən böyük gənclər ordusunu virtual olaraq bir araya gətirməkdir: “Bu faktdır ki, ölkə gəncliyinin mütləq əksəriyyəti cənab Prezidentin siyasi xəttini müdafiə edir və onun rəhbərliyi altında aparılan islahatları dəstəkləyir. Biz fəal gənclər olaraq hesab etdi ki, bu düşüncədə olan gənclərimizi hazırda onların vaxtlarını ən çox keçirdikləri sosial şəbəkədə bir araya gətirib birgə müzakirələr keçirmək, təbliğat işini qurmaq çox faydalıdır. Və düşündüyümüz kimi də oldu- çox qısa müddətə “Gənclərin lideri – İlham Əliyev” səhifəsi böyük dəstək qazandı. Elə bunu nəticəsidir ki, artıq bu gündən radikal müxalifət düşərgəsin təmsil edən gənclər səhifəyə kütləvi hücuma keçiblər. Ancaq bu bizi çəkindirmir, əksinə səhifəni daha da böyütməyə stimul verir. Əminik ki, bu səhifə cənab prezidenti dəstəkləyən gəncləri bir araya gətirəcək ən böyük virtual platforma olacaq”. Səhifəni buradan bəyənə bilərsiniz: 'Gənclərin lideri – İlham Əliyev'