Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır

Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır
GƏNCLİK
16:20 14.11.2017
1744

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti” adlı layihəsinin icrasına başlayıb.

 

AZXEBER.COM xəbər verir ki, Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılacaq layihənin əsas məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, onlara hüquqi və texniki yardımların göstərilməsidir.

 

Layihə çərçivəsində gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili, sahibkarlıq fəaliyyətinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyekti olmaq istəyən gənclərə texniki yardımların göstərilməsi, onlar üçün hüquqi məsləhət xidmətlərinin təşkili də planlaşdırılır.


Layihənin icrası müddətində gənclərin sahibkarlıq fəaliyyətinə dəstək vermək məqsədilə Bakı şəhərində aparıcı şirkət və müəssisələrinin rəhbərlərinin, habelə gənclərin iştirakı ilə əməkdaşlıq forumunun keçirilməsi də əsas fəaliyyətlərdəndir. 

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata əsasən hazırda ölkəmizdə əlverişli sahibkarlıq mühiti formalaşdırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Hazırda çox sayda fiziki və ya hüquqi şəxs rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma statistik göstəricilərə nəzər yetirsək görəririk ki, sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti orta yaşlı insanlardır. Gənclər sahibkarlıq subyektlərinin fəaliyyətində əsasən işçi rolunu oynayır. Aktiv olaraq şəxsi biznesini quran gənc yaşlı insanlar çox azdır. Gənclərlə bağlı dövlət proqramlarında da gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı müddəa mövcuddur və bu istiqamətdə müvafiq qurumlar əməli işlər həyata keçirirlər. Amma bunlarla kifayətlənmək olmaz. Müxtəlif qurumlar fərqli üsullarla gəncləri sahibkarlıq fəaliyyətinə daha da həvəsləndirə bilərlər. Gənclər biznes mühitinə yenilik gətirə, müxtəlif beynəlxalq biznes toplantılarında və sərgilərdə ölkəmizi daha fəal təmsil edə bilərlər. Bu baxımdan Gənclər üçün Təhsil Mərkəzi belə bir layihə ideyası ilə çıxış edir, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir