Gənclərin VI forumunda prezident İlham Əliyevin müraciəti oxundu (VİDEO)

Gənclərin VI forumunda prezident İlham Əliyevin müraciəti oxundu (VİDEO)
Bütün Xəbərlər
00:03 26.10.2011
2006

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev adına Respublika sarayında Gənclərin VI forumu keçirilib.

Forumda müxtəlif sahələrdə çalışan gənclər, yaradıcı gənclər və hərbi xidmətdə olan gənclər iştirak edir.

Daha sonra Prezident İlham Əliyevin gənclərə müraciəti oxunub. Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına müraciətini Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov oxuyub. Müraciətdə gənclərə uğurlar diləməklə yanaşı, onların qarşısına ciddi məsələlərin həlli yönümdə mühüm vəzifələr qoyulub: “İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır. Forumunuzun işinə uğurlar diləyir və hər birinizə niyyətlərinizin çin olmasını arzulayıram”.

AZXEBER.COM xəbər portalı Elnur Aslanovun çıxışını təqdim edir.

OXŞAR XƏBƏRLƏR