Gəncliyin son baharı ...

Gəncliyin son baharı ...
KÖŞƏ
14:38 17.02.2012
2112

Aytac İbadova

Hər şeyin maddiyyata söykəndiyi indiki cəmiyyətdə , həqiqi dostluqlara bir özləm var ...Amma bəzən mən buna sahibəm dediyin anda qəfil külək əsir və alır əlimizdən bizim üçün dəyərli olanları . Ondan ayrıldığımız iki il oldu . İlk başlarda çəkilməz olsada onun gedişi, yoxluğu vaxt öz işini görür , unutdurur ...

Bizə görə vaxtsız , normalda isə onun taleh yazısı idi . Canımdan bir parça , əziz dostumun aramızdan getməsindən artıq iki il keçib . Bizlər Universitetidə bitirdik , diplomda aldıq və olanlarla barışmağa çalışaraq deyə - gülə , dolu – dolu günlərmizi yaşayırıq . Amma həmişə bir yanımız boş, sevincimiz isə hər an yarımçıq olub . Ürəkdən gülərkən hər an ağlımızda sən olmusan əziz dost...

Yoxluğuna alışmaq çox çətindi , bəlkədə belə deyərək alışdıq artıq . Əziz dost yerin cənnət olsun ...Yoxluğunla varlığını qəlbimizdə yaşadacağıq hər zaman .

OXŞAR XƏBƏRLƏR