Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək.Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Arzu Rəhimov avqustun 20-də saat 10:00-da Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında (Tovuz şəh. İ.Mürşüdov küç. 26) Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz sakinlərinin qəbulunu həyata keçirəcək.