‘General dedi ki, mətbuata-filana müsahibə vermə’ - Oğlu ölümcül hala salınan ata

‘General dedi ki, mətbuata-filana müsahibə vermə’ - Oğlu ölümcül hala salınan ata
Bütün Xəbərlər
14:40 18.07.2014
4849

Nazim Məmmədov: «General dedi ki, mətbuata-filana müsahibə vermə, get evində otur bütün cinayətkarları tutacağıq»

İyunun 17-də Salyan rayonu ərazisində üç nəfər tərəfindən qəddarlıqla döyülərək beli sındırılan Lənkəran şəhər sakini Müstəqim Məmmədovun işi adı çəkilən rayon Polis Şöbəsindən alınaraq Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə təhvil verilsə də bu günə qədər kimsə saxlanılmayıb. 

AZXEBER.COM-un məlumatına görə, bu barədə zərəçəkənin atası Nazim Məmmədov “Bizim Yol”a məlumat verib.  N.Məmmədov DİN tərəfindən aldadıldığını deyir. “Ötən şənbə məni Bakıya Daxili İşlər Nazirliyinə çağırmışdılar. Məni nazirlikdə bir general qəbul etdi. O boyda adam məni aldatdı. Dedi ki, mətbuata-filana müsahibə vermə, get evində otur bütün cinayətkarları tutacağıq. Dünən  mənə deyirlər ki, iş prokurorluqdadır. Axı yalan danışırlar, məni başlarından edirər. Əgər öz övladlarının başına belə bir iş gətirilsəydi, həmin adam Amerikada olsa belə bircə günə tutardılar. Mən əli heç yerə çatmayan bir təqaüdçü adamam deyə belə edirlər. Axı Allah belə zülmə necə dözər”, - deyə N.Məmmədov şikayətləndi.

Qeyd edək ki, 30 yaşlı M.Məmmədovun təcili əməliyyata  da ehtiyacı var. Aldığı zədələrdən onun onurğa sütununun 5-ci fəqərəsi ("L1 fəqərə cismində kəskin çökmə sınığı, arxa üst hissədə kanala doğru 3 mm-lik yerdəyişmə və dural kisəyə minimal kompresiya) sınıb. Tehranda M.Məmmədova əməliyyatın 10 min dollara edilməsinin mümkünlüyünü bildiriblər. Habelə əməliyyatdan sonra da M.Məmmədov kilinikada 2-3 ay ərzində müalicə almalıdır. Bu məbləğdə vəsaiti ödəmək üçün ailənin imkanı yoxdur. Ailə başçısı Nazim Məmmədov və həyat yoldaşı təqaüdçüdürlər. Məmmədovlar məhz şikəst edilən M.Məmmədovun kreditə götürdüyü avtomobillə göstərdiyi taksi fəaliyyətindən gələn gəlirlə dolandırıb. 

 

OXŞAR XƏBƏRLƏR