General Kərim Kərimovun qızı vəfat edib

General Kərim Kərimovun qızı vəfat edib
Bütün Xəbərlər
15:55 18.07.2015
2078
Mərhumun vəsiyyətinə uyğun olaraq, nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib
Moskvada Azərbaycan diasporunun tanınmış üzvü, Sovetlər İttifaqında kosmonavtikanın banilərindən biri olmuş general Kərim Kərimovun qızı texniki elmlər doktoru, professor Sürəyya Kərimova vəfat edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Sürəyya Kərimova iyulun 20-də Moskvanın Vaqankovski qəbiristanlğında atasının məzarı yaxınlığında dəfn ediləcək.
Sürəyya Kərimovanın nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib. Bu, onun öz vəsiyyətinə uyğun olaraq edilib. Belə ki, Sürəyya Kərimova sağlığında atası Kərim Kərimovun məzarının yanında dəfn olunmasını vəsiyyət edib. Lakin Kərim Kərimovun məzarının yanında yer olmadığından onun nəşinin yandırılaraq dəfn olunması qərara alınıb.
OXŞAR XƏBƏRLƏR