Azərbaycan Müdafiə Nazirliyində daha bir kadr təyinatı olub
APA-nın məlumatına görə, general-mayor Elbrus Orucov Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunub.
E.Orucov bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Özbəkistan və Gürcüstandakı hərbi attaşesi vəzifəsində xidmət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin əvvəlki rəisi, general-mayor Eyvaz Cəfərov ötən ilin sonlarında Baş Qərargah rəisinin 1-ci müavini təyin olunub.